Bakıda mənzildə yanğın baş verib

9 Aprel 2016 00:46 (UTC+04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 kv.m sahədə və "BOSH" markalı paltaryuyan maşın yanıb.

Yüksək temperaturdan "İNDESİT" markalı soyuducu və qaz plitəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov saat 18:38-da yanğınsöndürənlər tərəfindən söndürülüb.