Baş nazir Heydər Əliyevin məzarını ziyarət etdi

8 Aprel 2016 18:48 (UTC+04:00)

Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedev Heydər Əliyevin məzarını ziyarət edib. SİA-nın məlumatına görə, Dmitri Medvedev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.