"Qırmızı bağ" filminin təqdimatı keçiriləcək

8 Aprel 2016 17:15 (UTC+04:00)

Aprelin 12-si saat 19:00-da Nizami Kino Mərkəzində "Qırmızı bağ" bədii filminin təqdimat mərasimi keçiriləcək. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından SİA-nın verdiyi xəbərə görə, ekran əsəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində istehsal olunub.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WeiT Media").

Ekran işində baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırırlar.

Qeyd edək ki, "Qırmızı bağ" bədii filmi vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatından danışır.

Kubra Bayramova