İcra başçısı yeni istfadəyə verilən xəstəxananın kollektivi ilə görüşüb FOTOLAR

8 Aprel 2016 16:27 (UTC+04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yeni istifadəyə verilmiş Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının kollektivi ilə görüşüb. SİA-ya verilən məlumata görə, görüş zamanı Gəncə şəhər Səhiyyə İdarəsinin baş həkimi Əlikram Məmmədov şəhər rəhbərinə xəstəxananın cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri haqqında ətraflı məlumat verib. Bildirib ki, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Bundan başqa xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nəaliyyətləri olan digər avadanlıq və cihazlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Tibb ocağında müalicə işini də ən yüksək səviyyədə həyata keçirmək üçün hərtərəfli imkan var. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin nüfuzlu tibb cihazları istehsalı ilə məşğul olan şirkətlərin məhsullarıdır.

İcra Hakimiyyətinin başçısı Yolxucu Xəstəliklər Xəstəxanasında yaradılan şəraitlə də tanış olub.

Daha sonra İcra başçısı xəstəxanın tibbi personalı ilə görüşüb. Görüşdə Elmar Vəliyev bildirib ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində səhiyyə müəssisələri ən müasir tələblərə cavab verir. Yaradılan bu şərait ilk növbədə Gəncə şəhər əhalisinin sağlamlığını qorumaq kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Tədbirdə şəhər rəhbəri həkimlərlə disskussiya aparıb. Həkimlər də öz növbələrində yaradılan şəraitə görə ölkə prezidentinə, həmçinin şəhər rəhbərinə dərin təşəkkürlərini bildiriblər.