Geri çəkilən ermənilər Qarabağda yeni səngərlər qazır FOTOLAR

8 Aprel 2016 15:28 (UTC+04:00)

Cəbhə xəttində böyük itkilər verən ermənilər geri çəkilərək yeni səngərlər qazırlar. SİA-nın məlumatına görə, erməni KİV-in yaydığı şəkillərdən göründüyü kimi, yüksəkliklərdən əlini üzən erməni əsgərləri indi də aşağı mövqelərdə möhkəmlənməyə başlayıblar. Əsgərlərin yorğun halı və çəlimsizliyi isə hökumətin orduya olan "qayğısının" təzahürüdür.

İqtisadi böhran içində olan Ermənistanda orduya ayrılan vəsait həddindən azdır. Ordu lazımi yemək və silah-sursatla təmin olunmadığı üçün əsgərlər təmas xəttində gərginlik içindədir. Kiçik bir atışmada əsgərlər geri çəkilərək postları tərk edirlər.