Medvedev Bakıdadır

8 Aprel 2016 11:32 (UTC+04:00)

Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Dmitri Medvedevi baş nazirin müavini Dmitri Roqozin və digər hökumət rəsmiləri müşayiət edir.