Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir

8 Aprel 2016 11:24 (UTC+04:00)

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 3-cü bəndinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları 2016-cı ilin may ayının 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir:

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;

2. QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

3. Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

4. Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;

5. Tədbirin keçiriləcəyi yer və tarix;

6. Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);

7. Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

Ünvan:

AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi

Qeyri-hökumət təşkilatları ilə iş sektoru

Əlaqələndirici şəxslər:

Rəşad Əliyev

Şahin Şahbazov

Email: qht.medeniyyet@gmail.com

Tel: (012) 498-79-53

http://mct.gov.az/upload/14600941638.Digershertler.doc

http://mct.gov.az/upload/14600941577.Movzular.doc

http://mct.gov.az/upload/14600941526.Anketformasi.doc

http://mct.gov.az/upload/14600941455.Layiheninqisamelmati.docx

http://mct.gov.az/upload/14600941384.Budcetertibatinadairtelimat.doc

http://mct.gov.az/upload/14600941303.Layiheyazilishiformasi.doc

http://mct.gov.az/upload/14600941242.Mushayetmektubu.docx