Neftin bu günə qiyməti

8 Aprel 2016 09:52 (UTC+04:00)

Həftənin əvvəlində müşahidə olunan ucuzlaşmadan sonra dünya birjalarında neftin qiyməti nisbətən bahalaşmağa başlayıb.Məlumata görə, bu bahalaşmadan sonra dünya bazarlarında "Brent" markalı neftin bir barelinin qiyməti 39.92 dollar təşkil edib.

"WTI" markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 37.90 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 38,55 dollar təşkil edib.