Yığma komandamız İrlandiyaya məğlub olub

8 Aprel 2016 09:37 (UTC+04:00)

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib. SİA-nın məlumatına görə, yığmamız İrlandiyanın Dublin şəhərindəki "Tallaght" stadionunda İrlandiya komandası ilə qarşılaşıb. Qarşılaşma 3:0 hesabı ilə irlandiyalı futbolçuların xeyrinə başa çatıb.

Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu aprelin 5-də Polşa komandasına qarşı keçirmiş və oyunda hesab açılmamışdı.
Qrupda sonuncu rəqibimiz Almaniya yığması olacaq. Qarşılaşma aprelin 10-da, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.