Meyiti tapılan neftçinin kimliyi məlum olub

8 Aprel 2016 03:56 (UTC+04:00)

Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. SOCAR-dan "Xəzər Xəbər"ə verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.