Meyvə-tərəvəz anbarındakı yanğın söndürülüb

7 Aprel 2016 17:20 (UTC+04:00)

Masallı rayonunda meyvə-tərəvəz anbarında baş verən yanğın söndürülüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Digah kəndində (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1648 kv.m olan soyuducu anbarda izolyasıya qatı, soyuducu və içərisinə yığılmış materiallar 1600 kv.m sahədə yanıb. Yüksək temperaturdan anbarın yüngül metal konstruksiya örtüyü deformasiyaya uğrayıb. Yaxınlıqdakı istixanalar, inzibati bina və yarımstansiya yanğından mühafizə olunub.