Gəncədə köməkçi tikili yandı

7 Aprel 2016 16:20 (UTC+04:00)

Gəncə şəhərində yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbrə görə, Gəncə şəhərinin Nizami rayonunda inzibati binanın ərazisində ümumi sahəsi 50 kv.m olan 4 otaqdan ibarət köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.