Ceyhan limanından təxminən 2,6 milyon ton neft dünya bazarlarına çıxarılıb

7 Aprel 2016 15:38 (UTC+04:00)

2016-cı ilin mart ayı ərzində 2 milyon 604 min 212 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 697 min 723 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. SİA-nın məlumatına görə, cari ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 7 milyon 838 min 445 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il aprel ayının 1-ə qədər Ceyhan limanından 299 milyon 032 min 217 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.