Türkmənistan sahillərində aşkar edilmiş cəsəd identifikasiya olunub

7 Aprel 2016 15:31 (UTC+04:00)

Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur.

Qeyd edək ki, Rzaxanov Edik Rivazin oğlu dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağında baş vermiş qəzada itkin düşən neftçilərdən biridir.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.