Şekspirin əsərlərindən ibarət toplu tapılıb

7 Aprel 2016 14:36 (UTC+04:00)

Oksford Universitetinin mütəxəssisi tərəfindən Şotlandiyanın Byut adasında ingilis yazıçısı Uilyam Şekspirin pyeslərinin ilk toplusunun 1623-cü ildə dərc olunmuş surəti tapılıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, üç hissədən ibarət toplu yazıçının vəfatının 400-cü ildönümü münasibətilə, Byutda yerləşən Mount Stuart Housedə nümayiş olunacaq.

36 pyesdən ibarət olan kitabın ilk nüsxəsi Şekspirin ölümündən 7 il sonra nəşr olunub. Bunlardan 18-i 1623-cü ilə kimi dərc edilməmişdir.

Qeyd edək ki, toplunun təxminən, 750-yə yaxın nüsxəsindən 230-u günümüzə qədər gəlib çatıb.

Kubra Bayramova