Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı töhmət alıb

7 Aprel 2016 13:54 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli Maliyyə və İqtisadi Regional Bölməsinin müdiri–baş mühasibi Atakişiyev Telman Cəbrayıl oğluna vəzifə öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib. SİA-nın verdiyi xəbərə görə, həmçinin, idarənin tabeliyində olan müəssisələrdə aparılan yoxlamalar nəticəsində bəzi əməkdaşlar əmək fəaliyyətlərində buraxdıqları qüsurlara görə, əmək məcəlləsinə uygun xəbərdarlıq və töhmət alıblar.