1-ci sinfə şagird qəbulu üçün müraciət vaxtı artırıldı

7 Aprel 2016 13:24 (UTC+04:00)

Lisey və gimnaziyaların 1-ci sinfinə şagird qəbul üçün müraciət vaxtı artırıldı. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri üzrə I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunkaşıb.

Lakin valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı bu gündən etibarən bir neçə gün artırılıb.

Belə ki, I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat 10 aprel saat 00:00-dək davam edəcəkdir.

Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar) aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.