Türkiyə kinosuna ağır itki üz verdi

7 Aprel 2016 13:12 (UTC+04:00)

Məşhur türk rejissoru Ülkü Erakalın 82 yaşında dünyasını dəyişib. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, rejissor bir müddətdir müalicə aldığı Heydərpaşa Numune Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, Ülkü Erakalın 1934-cü ildə anadan olub. Yaradıcılığa 1958-ci ildə başlayan rejissorun ilk işi 1961-ci ildə lentə aldığı "Unuda bilmədiyim qadın" filmi olub. O, fəaliyyəti müddətində "Yeşilçam küçəsi", "Uçurumdakı qadın", "Qanlı sevda", "Ləkəli eşq", "Acı illər", "Dodaqdan qəlbə", "Ögey ana" və digər bu kimi 200-ə yaxın ekran işi yaradıb.

Kubra Bayramova