Türkiyə İŞİD-i vurdu ARTİLLERİYA ZƏRBƏSİ

7 Aprel 2016 12:54 (UTC+04:00)

Türkiyə silahlı qüvvələri artilleriya zərbələri ilə "İslam Dövləti" ("İD") terror təşkilatının Suriyanın Şimalında möhkəmlənmiş mövqelərini atəşə tutub. SİA xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, bir neçə saat öncə "İD" tərəfindən atılan iki raket Kilis şəhərinin mərkəzi qəsəbələrindən birinə yaxın ərazidə partlayıb. Nəticədə üç nəfər Türkiyə vətəndaşı müxtəlif dərəcəli qəlpə yaraları alaraq, xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, baş verən hadisə Kilisdə ilk dəfədir yaşanmır. Suriya ərazisindən bu şəhərə son bir neçə ayda dəfələrlə rekat zərbələri vurulub. Mart ayında yaşanan belə hadisələrin birində iki vətəndaş həlak olmuşdu.

Rövşən Nurəddinoğlu