Uşaq Filarmoniyası ordumuza dəstək aksiyası keçirib FOTOLAR

7 Aprel 2016 10:38 (UTC+04:00)

Son zamanlar Qarabağda baş verən hərbi əməliyyatlara Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi də biganə qala bilmədiyindən erməni təcavüzkarlarına qarşı narazılığını bildirmək və milli ordunu ruhlandırmaq məqsədi ilə dəstək aksiyası təşkil edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Dövlət Uşaq Filarmoniyasında keçirilən tədbirdə Veteranlar Şurasının üzvləri, Müdafiə Nazirliyinin hərbi hissələrindən zabitlər və Filarmoniyanın kollektivi iştirak edib. Qarabağda baş verən müharibədə iştirak etmiş polkovnik Aqil Haqverdiyev tədbir iştirakçılarına cəbhədəki son hadisələrdən, əsgərlərin əhval-ruhiyyəsindən danışıb.

Silahlı Qüvvələrdə xidmət etmiş veteranlar Rafiq Hüseynov, Natiq Əliyev, Əliağa Adışirinov, Uşaq Filarmoniyasının direktoru əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, xalq artisti Ağaverdi Paşayev, Filarmoniyanın baş rejissoru Fikrət Musayevin çıxış edərək bildiriblər ki, bu gün damarında azərbaycanlı qanı axan hər kəs bir yumruq kimi birləşməlidir. Tezliklə, torpaqlarımız işğaldan azad ediləcək və biz dövlətimizin və ölkə başçımızın yanındayıq.