Hər 11 nəfərdən biri şəkərli diabetdir

6 Aprel 2016 23:19 (UTC+04:00)

Şəkərli diabet xəstələrinin sayı ilbəil artır. SİA xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Dünya Səhiyyə Təşkilatının hesabatına görə hər 11 nəfərdən biri şəkərli diabet xəstəsidir.

Hesabata əsasən 1980-ci ildə 108 milyon şəkərli diabet xəstəsi olduğu halda 2014-cü ildə isə bu sayı dörd qatına çıxıb.

Xəstəlik hər il 3,7 milyon insanın həyatına son qoyur.

Bu xəstəliklə bağlı tətbir götürülmədiyi halda bundan əziyyət çəkən xəstələrin daha da artacağı vurğulanıb.