Bünyad Hüseynov İrana səfir təyin edildi

6 Aprel 2016 19:52 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti B.S.Hüseynovun Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini əsasən Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.