Azarkeşlər şəhidlərimiz üçün bir araya gəldi VİDEO-FOTOLAR

6 Aprel 2016 17:48 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını layiqincə alarkən şəhidlik zirvəsinə yüksələn igid Azərbaycan oğulları ölkəmizin hər bir bölgəsində anılır. SİA-nın məlumatına görə, bu gün futbol klublarımızın azarkeşləri şəhidlərimiz və cəbhəyə dəstək üçün bir araya gəliblər.
Metronun Elmlər Akademiyası stansiyası önündə toplaşan futbol klublarımızın azarkeşləri birlik nümayiş etdirib, müxtəlif şüarlarla orduya dəstək olduqlarını göstəriblər. Daha sonra minlərlə insan Şəhidlər Xiyabanına yollanıb. İki saata yaxın davam edən tədbir zamanı çox sayda insan azarkeşlərə qoşulub.