Merkel: "Son illər münaqişənin nizamlanmasında tərəqqi müşahidə olunmur"

6 Aprel 2016 17:25 (UTC+04:00)

Almaniya ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə məsuliyyət daşıyan Minsk qrupunu xüsusi formada dəstəkləməyə hazırlaşır. SİA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel Berlində Ermənistan Prezidenti Serj Sarkisyanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son illər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqi müşahidə olunmur.