6 aprel “Stolüstü tennis hər kəs üçün” günüdür

6 Aprel 2016 16:41 (UTC+04:00)

6 aprel tarixi dünyanın hər yerində "Stolüstü tennis hər kəs üçün" günü kimi qeyd olunur. SİA-nın məlumatına görə, stolüstü tennis fəal idman növündən biri olaraq, sağlam həyat tərzi, sağlam düşüncə və düzgün qidalanma vərdişlərini insanlara aşılayır. Bununla belə, stolüstü tennis yeganə idman növüdür ki, 6-90 yaşınadək hər kəs məşğul ola bilər.

Biz də "Stolüstü tennis hər kəs üçün" şüarına qoşularaq hər kəsi tennis oynamağa dəvət edirik.