"Emin Sabitoğlunun musiqi dünyası"

6 Aprel 2016 15:10 (UTC+04:00)

Heydər Əliyev Sarayında "Emin Sabitoğlunun musiqi dünyası" adlı konsert proqramı baş tutacaq. SİA-nın verdiyi xəbərə görə, konsert aprelin 7-də həyata keçəcək. Tədbirin bilet satışlarından əldə olunacaq gəlirin bir hissəsi Silahlı Qüvvələrin yardım fondunun bank hesabına köçürüləcək.

Qeyd edək ki, konsertdə sənət aləminin tanınmış simaları iştirak edəcək.