Bakıda bina yanıb 5 zərərçəkən var

6 Aprel 2016 13:31 (UTC+04:00)

Bakıda yaşayış binasında yanğın olub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, aprelin 5-də saat 12 radələrində Xətai rayonu S.Vəzirov küçəsi ev 17-nin zirzəmisində elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.

Nəticədə tüstüdən zəhərlənmiş 5 bina sakini xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.