Yığmamız Polşa komandası heç-heçə edib

6 Aprel 2016 10:12 (UTC+04:00)

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib. SİA-nın məlumatına görə, yığmamız İrlandiyanın Dublin şəhərindəki "Carlisle Grounds" stadionunda Polşa komandası ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, futbolçularımız turnirdə növbəti oyununu aprelin 7-də, Bakı vaxtı ilə saat 22:30-da İrlandiya yığmasına qarşı keçirəcək.