Masallıda zəlzələ olub

6 Aprel 2016 09:29 (UTC+04:00)

Bu gecə Masallı rayonu ərazisində zəlzələ qeydə alınıb. SİA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 04:15-də qeydə alınan zəlzələ hiss olunmayıb. 3.1 maqnitudalı yer sarsıntısı 3.122 km dərinlikdə baş verib.