Uorlik: "Hərtərəfli danışıqlar aparılmalıdır"

6 Aprel 2016 09:27 (UTC+04:00)

"Atəşin dərhal dayandırılması və hərtərəfli danışıqların aparılması lazımdır". SİA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.