Özbəkistanda 5 bal gücündə zəlzələ olub

5 Aprel 2016 19:18 (UTC+04:00)

Özbəkistanın cənubunda Kaşkaderya vilayətində 5 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, zəlzələ bu gün yerli saatla 17.11-də baş verib.

Zəlzələ Karkaderya vilayətinə yaxın Şəhrisəbz şəhərində baş verib. Lakin şəhərə yaxın olan Daşkənddə hiss edilməyib.

Hadisə nəticəsində yaralanan və zərər çəkən şəxslər haqqında hələ ki, açıqlama edilməyib.