Adil Əliyev: “Azərbaycanda qələbə küləyi əsir” MÖVQE

5 Aprel 2016 16:36 (UTC+04:00)

"Cəbhə xəttində baş verən məlum hadisələr, erməni işğalçılarının və Dağlıq Qarabağ separatçılarının işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi, sosial, təhsil obyektlərini, mülki vətəndaşlarımızı hədəfə almaları onlara baha başa gəlir və şanlı Azərbaycan Ordusunun qəhrəman əsgərləri nəninki işğalçı əsgərlərinə, eləcə də yüksək rütbəli zabitləriniə, generallarına lazımi qulaqburması verirlər". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Adil Əliyev son proseslərə münasibətini bildirərkən deyib.

Adil Əliyevin sözlərinə görə, cəbhə boyu Ermənistan və qondarma Dağlıq Qarabağ separatçılarının acınacaqlı vəziyyətə düşmələrinə əsas səbəb Azərbaycanın birinci Qarabağ müharibəsindən sonra, daha dəqiqi isə, atəşkəs barədə razılaşma əldə edildikdən sonra iqtisadiyyatını gücləndirməsi oldu: "Bildiyimiz kimi, həmin dövrlərdə Ulu Öndər Heydər Əliyev Azrbaycanı böhranlı vəziyyətdən çıxması üçün hər şeyi sıfırdan başlatdı. Onun bir tarixi kəlamını bir daha xatırlatmaq yerinə düşərdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Məhz Onun sayəsində naşı siyasətbazların hakimiyyətləri dövründə dağıdılmış iqtisadiyyat bərpa olundu. Eləcə də ölkəmizin əsas strateji məhsulları olan neft-qaz amilinin bu inkişafda əsas yer tutması ətrafında aparılan nəhəng işlər, beynəlxalq aləmin diqqətinin Azərbaycana yönəldilməsi, pərakəndə ordunun, silahlı qüvvələrin yenidən formalaşdırılması istiqamətində görülən işlər və s. mühüm tədbirlər əlbəttə ki, sonrakı illərə hesablanmış mütərəqqi addımlar idi. Heydər Əliyev uzaqgörənliyinin önəmli faktorlarından biri və birincisi təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Azərbaycanın uğur qazanması idi. O, həmişə vurğulayırdı ki, Qarabağ problemi xalqın və dövlətin bir nömrəli problemidir. Bu gün Onun siyasətini uğurla davam etdirən Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev də güclü iqtisadi gücü olan dövlətin istənilən məsələdə zəfər əldə edəcəyini yaxşı bildiyi üçün ölkəyə rəhbərlik etdiyi müddətdə həmin siyasi uğurları əldə etdi, Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrildi və bütün sahələrdə inkişaf, tərəqqi yolunu tutdu. Əlbəttə ki, Qarabağ məsələsində bıçağın sümüyə dirəndiyi vaxt olmalı idi və erməni işğalçıları bu prosesi sürətləndirməklə açığı, özlərinə məzar qazmış oldular. Biz, aprel ayının əvvəllərindən bunun şahidi olmaqdayıq. Onlar açıq-aşkar şəkildə Prezident İlham Əliyevin beynəlxalq görüşlərdə əldə etdiyi uğurlardan qıcıqlandılar. Dövlət başçımızın ABŞ səfəri isə işğalçıları belə desək, quduzlaşdırdı, qudurtu. İndi isə həmin qudurğanlıqlarının cavabını artıqlaması ilə alırlar. Cəbhədə əldə edilən nailiyyətlər, böyük irəliləyişlər bir çox xarici dövlətlər tərəfindən də normal qarşılanmaqdadır. Onlar da dərk edir və bəyan edirlər ki, Azərbaycan öz doğma, əzəli torpaqlarını işğaldan azad etmək hüququndan istifaə edir".

Adil Əiyev ölkə başçısının keçirdiyi Təhlükəsizlik Şurasının iclasındakı sölzərini də xatırladaraq deyib ki, bu gün ermənilər öz əsgərlərinin kütləvi şəkildə öldürülməsini istəmirlərsə, rədd olusunlar Qarabağ torpaqlarından: "İlham Əliyev cənabları neçə illərdir ki, keçirilən böyük beynəlxalq tədbirlərdə bu müsajlarını verirdi. Təəssüf ki, ermənilər və onların havadarları bunu dərk etmir, həyasızcasına öz iddialarında dayanırdılar. İndi isə buyursunlar öz cavablarını alsınlar".

Millət vəkili Türiyə, Pakistan, Belarus, Ukrayna kimi ölkələrin birmənalı olaraq Azərbaycanın haqlı mövqelərinə dəstək vermələrinə də münasibətini bilrirərək deyib ki, bu da çox önəmli haldır: "Bəli, Azərbaycan tək deyil və ona verilən dəstək xalqımızın həəmin dövlətlərə minnətdarlığı ilə müşahidə olunmaqdadır. Azərbaycan ona dost və qardaş münasibəti göstərən hər bir dövlətə eyni münasibəti göstərir və həmin dövlətlərin problemlərinin həllində yaxından iştirak etmək üçün hazır olduğunu sərgiləyir".

Adil Əliyev cəbhədə həyatlarını itirən hərbi qulluqçuların, eyni zamanda mülki vətəndaşların ailələrinə baş sağlığı bildirib: "Şəhidik zirvədir, şəhidlik məktəbdir. Öz canlarını Vətən yolunda qurban verən oğullarımız bütün dünyaya öz qəhrəmanlıqlarını nümayiş etdirmiş oldular. Qəhrəmanlıq salnaməsi yazmaq bizim millətin, bizim xalqın qanında, canında var. Ona görə də biz yenilməz qüvvəyik. Biz, öz torpaqlarımızın azadlığı üçün ölümdən qorxmayan xalqıq və hər zaman öz dövlət rəhbərimizin, Ali Baş Komandanımızın, Cənab Prezident İlham Əliyevin verdiyi qərarlarını dəstəkləyirik, Prezidentimizin ətrafında daha da sıx birləşirik. Artıq geriyə yolun olmadığını da dərk edirik. Bizim hər birimiz qələbə köklənmişik. Hətta deyərdim ki, Azərbaycanda qələbə küləyi əsir".