İntizam Komitəsi cərimə və cəzaları açıqladı

5 Aprel 2016 16:25 (UTC+04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XXVIII turunun AZAL - "Kəpəz" matçının 90+3-cü dəqiqəsində "Kəpəz" klubunun 7 №-li futbolçusu Junior Martins ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun "Qəbələ" - "İnter" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun "Rəvan" - "Neftçi" matçında "Neftçi" klubunun 41 №-li futbolçusu Akşin Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XX turunun "Mil-Muğan" - "Şahdağ" matçında "Şahdağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

I Divizionun XX turunun "Bakılı" - MOİK matçının 77-ci dəqiqəsində "Bakılı" klubunun 17 №-li futbolçusu Rasim Daşdəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

I Divizionun XX turunun "Şərurspor" - "Turan Tovuz" matçında "Şərurspor" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).