Milli Məclis Ombudsmanın hesabatını qəbul etdi

5 Aprel 2016 14:36 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul olunub. SİA-jnın məlumatına görə, hesabatı Ombudsman Elmira Süleymanova təqdim etdikdən sonra deputatlar sənədə münasibət bildiriblər.

Millət vəkilləri müzakirənin yekunu olaraq hesabatı qənaət bəxş hesab ediblər.

Ombudsmanın 2015-ci il üzrə illik hesabatı səsə qoyularaq qəbul olunub.