Ombudsman cəbhə xəttinə yollanacaq

5 Aprel 2016 14:33 (UTC+04:00)

Ombudsman Elmira Süleymanova yaxın günlərdə təmas xəttində olacaq. SİA-nın xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, sabah beynəlxalq təşkilatların böyük nümayəndə heyəti Ombusman Aparatında qəbul ediləcək.

Ombudsman onu da əlavə edib ki, il ərzində aparata daxil olan təkliflər üzərində işlənilir: "Fəaliyyətimiz bütövlükdə müharibə dövrünə, erməni təcavüzlüyünə təsadüf edir. Mütəmadi olaraq hərbi hissələrdə oluruq. 100-dən çox rəsmi bəyanatlarımız olub. Hər bir sənəddə erməni dövlətinin işğalçılq fəaliyyəti öz əksini tapıb".

Müvəkkil çıxışının sonunda deputatlara təklif edib ki, onlar yalnız zəbt olunan rayonların sərhədində olan rayonlara deyil, bütövlükdə son günlər baş verən hadisələrlə bağlı orada yaşayan insanların əhval-rühiyyəsini yüksəltmək üçün müntəzəm olaraq tədbirlər keçirsinlər.