Xatirə: "Analar narahat olmasın"

5 Aprel 2016 14:21 (UTC+04:00)

Müğənni Xatirə İslam cəbhə bölgəsinə yollanıb. SİA-nın məlumatına görə, sənətçi hospitalda olan yaralı əsgərlərə baş çəkib. Videolarını sosial şəbəkədə paylaşan X.İslam "Döyüş bölgəsinə. Mən nəinki yaralılara baş çəkmək, döyüşməyə də hazıram. Bir neçə gündür paylaşmaq istəmədim ki, analar narahat olmasın. Şükür hər şey yaxşı gedir. İrəli gedirik. Allah əsgərləri qorusun" şərhini yazıb.