Əhməd Davudoğlu: “Can Azərbaycanla çiyin-çiyinə dayanacayıq” MÜNASİBƏT

5 Aprel 2016 13:42 (UTC+04:00)

"Türkiyə Azərbaycanla çiyin-çiyinə dayanmağa davam edəcək". SİA-nın Türkiyənin "Axşam" qəzetinə istinad verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Baş nazir deyib ki, Dağlıq Qarabağdakı təmas xəttində Ermənistanın hücumu ilə başlayan qarşıdurma prosesini yaxından təqib edir: "Bu hücumları AKP adından lənətləyirik. Həyatını itirən Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm. Azəri qardaşlarımıza başsağlığı diləyirəm. Türkiyə Ermənistanın hücumlarına qarşı can Azərbaycanla çiyin-çiyinə dayanmağa davam edəcək".