Xoşqədəmdən Eldara: "Əsgərlikdən yayınanlar indi Vətəndən danışır"

5 Aprel 2016 12:36 (UTC+04:00)

Aparıcı Xoşqədəm Hidayətqızı müğənni Eldar Qasımovun yayımladığı "Sülh şəraitində yaşamaq istəyirik" fikrinə sərt reaksiya verib. SİA-nın verdiyi xəbərə görə, aparıcı müğənniyə ismarış göndərib: "Günah bu uşaqda deyil, ona Qarabağ həqiqətlərini anlatmayan valideynlərindədir. Günah onun fikirlərini önəmli sayaraq, tirajlayan bizlərdədir. Mən təklif edirəm ki, zamanında min bir yolla əsgərlikdən yayınaraq, indi vətəndən danışanların açıqlamalarını yaymayın. Bu şəhidlərimizin ruhuna, cəbhədə qəhrəmancasına döyüşən əsgərlərimizə hörmətsizlikdir. Ən azı haqq davamız bitənə qədər bunları gündəmə gətirməyək. Bu uşağı tanıyan biri varsa, ona zəng edib desin ki, səni dünya vətəndaşı edən Azərbaycandır. Əxlaqsız Kim Kardaşyana bax, necə kampaniya aparır. Sən də sosial şəbəkələrdə kampaniyalara qoşul. Dünyaya car çək ki, atəşkəsi şərəfsiz ermənilər pozub. Mülki əhalinin yaşadığı məntəqələri atəşə tutublar. Bundan sonra da layiqli cavablarını alıblar. İnanın əsəbdən nə yazıram bilmirəm. Görəsən, bu tip insanlar bilir torpaq itkisi nə deməkdir? Ürəyim partlayır, bu vəziyyətdə olmasam, indi cəbhə bölgəsində idim. Məgər biz bu günləru gözləmirdik? Biz torpağımız üçün ölümə də gedərik. "Əmr verin, cənab prezident" demirdikmi? Azərbaycanın qəhrəman ordusu, Allah sizi qorusun. Biz ölmədən bizə qələbə sevinci yaşadın. Allah yardımçınız olsun".