Spiker: “Bu dəqiq əməliyyatlara görə ordumuza təşəkkür edirəm“

5 Aprel 2016 12:21 (UTC+04:00)

"İllər boyu Azərbaycan atəşkəsə sadiq olub. Lakin Azərbaycan müəyyən uğurlar əldə etdikdə Ermənistan ölkəmizə qarşı təxribatlar etməyə cəhd edir və Azəraycan da öz növbəsindən onları cavab atəşi ilə susdurur". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan son zamanlar artıq mülki əhaliyə mərmilərdən atəş açmağa başlayıb və ordumuz da bunun qarşısında düşmənə layiqli cavab verdi: "Ordumuz ermənilərin növbəti təxribatlarına qarşı uğurlu cavab verərək, öz gücünü göstərdi. Artıq əsas yüksəkliklərdən biri Azərbaycan ordusu tərəfindən alınıb. Bu dəqiq əməliyyatlara görə ordumuza təşəkkür edirəm. Cəbhədəki gərginlik hələ də davam edir. Azərbaycan atəşkəs rejiminə əməl etsə də, Ermənistan buna məhəl qoymadı. Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin mövqeyi açıqlandı və bildirildi ki, Azərbaycan yalnız torpaqlarımız işğaldan azad olunduqdan sonra atəşkəsə razılaşa bilər. Əlbəttə ki, əldə etdiyimiz nailiyyətlər nəticəsində şəhidər də vermişik. Allah onlara rəhmət etsin!"