UEFA U-17 Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

5 Aprel 2016 10:58 (UTC+04:00)

Aprelin 8-də, Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Mərasimə giriş dəvətnamə ilə olacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalında püşkatmanı televiziya vasitəsilə canlı izləmək üçün KİV nümayəndələrinə şərait yaradılacaq. Püşkatmadan sonra turnirin UEFA və Yerli Təkilat Komitəsinin rəhbərlərinin, çempionatda çıxış edəcək komandaların nümayəndələrinin iştirakı ilə brifinq təşkil olunacaq.

CBC Sport televiziya kanalında canlı yayım saat 12:00-da başlayacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalı saat 11:30-dan etibarən KİV nümayəndələrinin ixtiyarına veriləcək.