Bu yollarda sıxlıq var DİQQƏT

5 Aprel 2016 09:32 (UTC+04:00)

Bu gün Bakının bir neçə küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. SİA-nın Nəqliyyatı İntellektual İdaəretmmə Mərkəzinin (NİİM) məlumatına istinadən verdiyi xəbərə görə, hazırda Rəşid Behbudov küçəsi (Mərkəzi Bank istiqamətində), Səməd Vurğun küçəsində (MTK-nın qarşısı), İnşaatçılar prospekti (Dövlət Statistika Komitəsi və A. Bakıxanov küçəsi ilə kəsişmə), habelə Badamdar dairəsinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsi, Tbilisi prospekti, Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Binəqədi şosesi (mərkəzə doğru) və Yusif Səfərov küçəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Eyni zamanda İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Əziz Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.