İki terrorçu-kamikadze həbs olunub

5 Aprel 2016 03:24 (UTC+04:00)

Türkiyə polisi ölkənin Qaziantep bölgəsində iki terrorçu-kamikadzeni həbs edib. Keçirilən antiterror əməliyyatında martın 19-da İstanbulun Taksim meydanı yaxınlığında dörd nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçılarından biri, İŞID mənsubu Erkan Çapqının qardaşı da saxlanılıb.

Mardin bölgəsinin Nusaybin rayonunda isə PKK terrorçularının atdığı raket zərbəsi nəticəsində iki rütbəli hərbçi şəhid olub. Bir nəfər kənd mühafizəçisi isə azyaşlı övladının gözləri qarşısında PKK-çılar tərəfindən qətlə yetirilib.