Lavrovun Bakıya səfəri təxirə düşüb?

5 Aprel 2016 01:55 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb. Rusiya XİN sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı bunları deyib: "Sergey Lavrov aprelin 7-də Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bakıda keçiriləcək üçtərəfli görüşdə nazirin iştirakı təxirə salınmayıb. Nazirlər görüşdə Dağlıq Qarabağdakı vəziyyəti və münaqişənin nizamlanması yollarını müzakirə edəcəklər".