"28 Mall"da bomba aşkar edilməyib

4 Aprel 2016 23:55 (UTC+04:00)

"28 Mall" ticarət mərkəzinin partlayıcının olduğu bildirilən hissəsinə giriş məhdudlaşdırılıb, istehkamçılar axtarışlara başlayıblar. SİA xəbər verir ki, axtarış işləri 1 saata yaxın davam edib.

Məlumata görə, ticarət mərkəzinə bomba qoyulması ilə bağlı informasiya təsdiqlənməyib.