NATO və Gürcüstan hərbi təlimlərə başladı

4 Aprel 2016 22:47 (UTC+04:00)

Vaziani hərbi təlim düşərgəsində NATO-Gürcüstan ilk təlimi başlayıb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Birgə hərbi təlim aprelin 14-dək davam edəcək. Təlimdə Gürcüstan hərbçiləri ilə yanaşı, ukraynalılar da iştirak edir.

Hərbi tədbir Norveçin Beynəlxalq Müdafiə Mərkəzi, NATO-Gürcüstan təlim və qiymətləndirmə mərkəzinin dəstəyi ilə keçirilir.

NATO-Gürcüstan təlim mərkəzi 2015-ci ilin avqustunda açılıb.