Məmmədyarov-Nalbandyan görüşü gözlənilir

4 Aprel 2016 21:26 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN başçısı Edvard Nalbandyan bir araya gələcək. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, nazirlər Dağlıq Qarabağda təmas xəttindəki gərginliyə baxmayaraq, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcəklər.

İclas aprelin 8-də Moskvada keçiriləcək iclasın gündəliyinə MDB ölkələri arasında müxtəlif sahələr üzrə əməkdaşlığa dair məsələlər daxil edilib.