Ermənistan təslim olur

4 Aprel 2016 19:28 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyi sülh bəyanatı ilə çıxış edib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bəyanatda Ermənistan sülhün texniki tərəflərinin hazırlanması prosesinə başlamağa çağırıb.

Nazirliyin məlumatında deyilir: "Biz hərbi əməliyyatların dayandırılması barədə çağırışlarla razıyıq".

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub.