“Emosiyalar” adlı müsabiqənin qalibləri elan olunub

4 Aprel 2016 17:55 (UTC+04:00)

Azərbaycan Fotoqraflar Birliyinin (AFB) "Açıq qapı" günü toplantısında mart ayı üçün elan olunmuş "Emosiyalar" adlı müsabiqənin qalibləri elan olunub. AFB-dən SİA-ya verilən xəbərə görə, müsabiqəyə 13 fotoqrafın 42 fotosu qəbul edilib. Açıq səsvermə yolu ilə "Emosiyalar" aylıq müsabiqəsinin qalibləri Mələk Mirzoyeva, Günel Məmmədova və Nikolay Şeqlov seçilib.

Qaliblər diplomla təltif olunub. Müsabiqənin koordinatoru Arzu Mürvətovaya sertifikat təqdim edilib.

Qeyd edək ki, sonda AFB-nin idarə heyəti sədrinin müavini Rauf Umudovun könüllü olaraq həvəskar və peşəkar fotoqrafların portfoliolarının açıq müzakirəsi təklifi nəticəsində fotoqraf Səfiyar Məcnunun portfoliosuna baxış keçirilib.