Düşmənin komanda-qərargah məntəqəsi belə darmadağın edildi

4 Aprel 2016 16:35 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında yer alan xəbərdə bildirilir ki, düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Müdafiə Nazirliyi həyata keçirilən əməliyyatla bağlı video görüntüləri ictimaiyyətə təqdim edir: