İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni təyinat

4 Aprel 2016 16:30 (UTC+04:00)

Azərbaycan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə mətbuat xidməti təyin olunub. SİA-nın xəbərinə görə, agentliyin direktoru Zaur Əliyevin əmri ilə Aynurə Əhmədova İctimaiyyətlə əlaqələr sektorunun müdiri təyin edilib.

A.Əhmədova buna qədər uzun müddət müxtəlif mətbuat orqanlarında çalışıb.